"Biliyini paylaş” layihəsi davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-386 nömrəli əmrinə əsasən “Biliyini paylaş” layihəsi davam edir. Şagirdlərin təlim nəticəsini yüksəltmək, onlarda fəal dərsə ciddi maraq yaratmaq məqsədilə fərqli üsul və vasitələr tətbiq edilir. Yeni texnologiya və cihazların təyinatına uyğun, düzgün və daha səmərəli tətbiqini aşılamaq üçün riyaziyyat müəllimi Günel İsmayılova 20 dekabr 2022-ci il tarixində 10 ”B” sinfində  “Biliyini paylaş” layihəsi çərçivəsində telefondan səmərəli istifadəni sübut etmək üçün “Triqonometrik ifadələrin sadələşdirilməsi” mövzusunu bilavasitə şagirdlərin telefondan istifadəsinə əsaslanmaqla “Kahoot” tətbiqi vasitəsilə oyun əsaslı  təşkil etdi. Dərs şagirdlərin dərin marağına səbəb oldu və dərsin canlı keçməsi müşahidə olundu. Dərsdə məktəbin direktoru Nisə Fərəcova, “Biliyini paylaş” layihəsi üzrə təşkil edilmiş komandanın üzvləri Aynur Əkbərova, Fərqanə Əkbərova və Vüsalə Məmmədova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi