Ailəm və məktəbim layihəsi çərçivəsində ekskursiya

Məktəb - valdeyn əməkdaşlığının şagirdlərin təlim nəticələrinin yüksəlməsində, dünya görüşlərinin artmasında müstəsna rolunu nəzərə alaraq əməkdaşlığı gücləndirmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Valdeyinlər övladları üçün istifadə olunan tədris resusları, təlim üsulları, məktəbdə keçirilən tədbirləri yaxından izləmək imkanı əldə edirlər.

Təşkil edilən ekskursiyalarda iştirak etmək, məktəbdənkənar mühitdə şagirdlərin rəftarını izləmək valdeynlərdə müsbət rəyin formalaşmasına şərait yaradır.

Belə ekskursiyalardan biri 6"B"sinfinin valdeynləri ilə birgə  Qobustana Milli Tarixi Bədii Qoruğu muzeyinə təşkil edildi. Gəzinti zamanı açıq səmada qayaüstü təsvirlər orijinal və fərqli memarlıq dizaynı şagirdlərin  və valdeynlərinin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi