“31 dekabr dünya Azərbaycanlılarının  həmrəylik günüdür” mövzusunda dəyirmi masa keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq 6"C",8"A",8"B" sinif şagirdləri “31 dekabr dünya Azərbaycanlılarının  həmrəylik günüdür” mövzusunda dəyirmi masa keçirildi. Məqsəd Ulu öndər  Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyi üçün nə qədər işlər gördüyünü şagirdlərin nəzərinə çatdırmaq idi. Məktəbin tarix müəllimi Aşiq Mehdiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin bu sahədə təkidlə, ardıcıl yorulmadan gördüyü işlər barədə ətraflı məlumat verdi. Sonra söz şagirdlərə verildi. Zəhra bu günün keçirilməsi ilə bağlı geniş məlumat hazırlanmışdı. O qeyd etdi ki bu günü1989- cu ildən qeyd edirik. Belə ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar respublikası ali məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq hər il dekabrın 31 ni Dünya  azərbaycanlılarının həmrəylik günü elan etdi  Bu barədə Naxçıvan Muxtar Respublikası ali məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Hər il bu günü nəinki ölkəmizdə o cümlədən,  bütün dünyada yaşayan azərbaycanlılar böyük coşqu ilə qeyd edirlər. Bəli məhz belə bir  günün tarixi bir günə çevrilməsi Müstəqil Azərbaycanın  qurucusunun Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi