Oyun əsaslı dərs təşkil edildi
“Biliyini paylaş” layihəsi çərçivəsində komanda üzvi riyaziyyat müəllimi Aynur Əkbərova 7 «A” sinfində “Çoxhədlinin vuruqlara ayrılması” mövzusunda layihə əsaslı dərs təşkil etdi. Dərsin məqsədi şagirdlərdə tədqiqatçılıq bacarığını, əməkdaşlıq etməyi, təqdimetmə bacarığını inkişaf etdirmək, dərsi oyun əsaslı təşkil etməklə şagirdlər üçün daha maraqlı olmasını təmin etmək idi. Dərsdə layihənin mentoru Günel İsmayılova və komanda üzvləri Lalə Fərəcova, Vüsalə Məmmədova və Fərqanə Əkbərova iştirak etdilər.