“Hansı peşə sahibi olmaq istəyirsən?” mövzusunda sorğu keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 5 "A” sinifində sinifin rəhbəri Lalə Fərəcova tərəfindən “Hansı peşə sahibi olmaq istəyirsən?” mövzusunda sorğu keçirildi. Şagirdlər öz istədikləri peşələri yazaraq təqdim etdilər. Daha sonra onlara düzgün peşə seçiminin həyatımızda vacibliyindən danışıldı. Şagirdlər müxtəlif peşə sahiblərinin obrazlarını səhnələşdirdilər. Məqsəd hər bir peşənin cəmiyyətdəki yerini obraz daxilində dərk etmək və gələcəkdə düzgün seçim etməyin müasir dövr üçün necə bir önəm daşıdığını çatdırmaq idi.