Riyaziyyat aylığı çərçivəsində açıq dərs keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq riyaziyyat aylığı davam edir. 5 «A” sinifində Lalə Fərəcova tərəfindən Riyaziyyatdan açıq dərs keçirildi. Məqsəd “Onluq kəsrlərin toplanılmasına dair tapşırıqların” yerinə yetirilməsi idi. Dərsin mərhələləri ardıcıllığla yerinə yetirildi. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova, fənn birləşmə rəhbəri Pərvanə Mənsimova, informatika müəllimi Savad Rəhimova iştirak etdilər.