Düzgün peşə seçimi ilə bağlı təqdimat keçirildi

Bakı Şəhəri üzrəTəhsil İdarəsinin 31 oktyabr 2022-ci il tarixli F-360 nömrəli əmrinə   və məktəbin fəaliyyət planına uyğun olaraq  9 “A”  sinfində düzgün peşə seçimi ilə bağlı təqdimat keçirildi. Məqsəd həyatın ən məsuliyyətli seçimlərindən olan peşə ilə bağlı şagirdləri düzgün istiqamətləndirmək, onlarda yeni fikir və ideyalar yaratmaq idi. Dərsin əvvəlində sinif rəhbəri Rahilə Hüseyn düzgün peşə seçimi ilə bağlı söhbət apardı. O, peşə seçimində bəzi amillərin önəmli olduğundan bəhs etdi. Həmçininin ixtisas seçərkən maraqların, bacarıq və qabiliyyətlərin , dövrün tələblərinin nəzərə alınmasının önəmini vurğuladı.

Düzgün peşə seçimi ilə bağlı slayd nümayiş olundu. Slaydda peşə təhsil müəssisələrinə də yer verilmişdi. Belə müəssisələrdə tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verildi. Şagirdlərin ixtisaslarla bağlı sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi