“Biliyini paylaş” layihəsi çərçivəsində seminar keçirildi
14 dekabr 2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-386 nömrəli əmrinə əsasən “Biliyini paylaş” layihəsi çərçivəsində seminar keçirildi. Layihənin mentoru Günel İsmayılova “Dərslərdə layihə əsaslı öyrənmənin üstünlükləri” adlı seminar keçirdi. Seminarda məktəbin direktoru Nisə Fərəcova, layihə üzvləri coğrafiya müəllimi Vüsalə Məmmədova, biologiya müəllimi Fərqanə Əkbərova, riyaziyyat müəllimi Lalə Fərəcova, informatika müəllimi Aynur Əkbərova iştirak etdilər. Seminar zamanı layihə əsaslı öyrənmə və şagirdlərin tədqiqatçılıq bacarıqları müzakirə edildi. Növbəti fəaliyyətlər layihə əsaslı dərslərin təşkili və dərs dinləmələr olacaqdır.