Valideynlərlə 9-cu sinfin diaqnostik imtahan nəticəsi müzakirə olundu

            28 noyabr 2019-cu il tarixində IX sinifdə  valideyn iclası keçirilib. İclasda direktor əvəzi Seymur Yusibov valideynləri Təhsil Nazirliyi tərəfindən göndərilmiş monitorinqin nəticələri ilə tanış edib.

            Təhsil Nazirliyinin təşkil etdiyi imtahan, diaqnostik qiymətləndirmə funksiyasını daşıdığı üçün növbəti addım səviyyələrə uyğun olaraq şagirdlərin qruplaşdırıldığını, nəticəsi zəif hesab olunan şagirdlər üçün əlavə məşğələlərin təşkil olunduğunu valideynlərin nəzərinə çatdırıb. Eyni zamanda bu istiqamətdə işlərin daha da gücləndirilməsi məqsədilə komissiya yaradıldığını və mütəmadi olaraq monitorinqlərin keçiriləcəyiniqeyd edib. Valideynlərə bildirilib ki, ehtiyac yarandığı təqdirdə şagird nailliyətinin yüksəldilməsinə hədəflənən fəaliyyətlərə əlavə dəstək göstəriləcəyini bildirib.

            Seymur Yusibov həmçinin vurğulayıb ki, məktəbdə tədris prosesinin yoxlanılması, təhsilin səviyyəsinin yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq dərsdinləmələrdə iştirak edir.

            Şagirdlərin nəticələri ilə bağlı valideynlərin təklif və iradları müzakirə olunub. Daha sonra sinif rəhbəri Vəsxanım Əsədova şagirdlərin bilik və bacarıqları haqqında valideynləri məlumatlandıraraq onların suallarını cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi