"Konstitusiyanı tanıyaq" guşəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı N.S.Teymurov adına 231 nömrəli məktəbdə silsilə tədbirlər keçirilir. Məktəbin foyesində "Konstitusiyanı tanıyaq" adlı guşə yaradıldı. Guşədə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 12 Noyabrın Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilməsi haqda məlumatlar, Ümummilli Lider Heydər Əliyev, Konstitusiya hüququ, tarixi kimi mövzularda nəşrlər də nümayiş olunur. Məktəbin kitabxana müdiri Mirzəhra Bayramova və UBTR Günel Cəbrayılova VIII sinif şagirdlərini sərgi nümayiş olunan kitablarla tanış etdilər. Məqsəd Konstitusiyamızın mahiyyətini və əhəmiyyətini vurğulamaq, hüquqi biliklərin artırılmasına töhfə vermək, dövlətçilik ənənələrini və suverenlik dəyərlərini təbliğ etməkdən ibarətdir.