"Hüquqlarımız və vəzifələrimiz: balansı necə qoruyuruq?" mövzusunda maarifləndirici söhbət

  Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır. Bununla bağlı olaraq məktəbin psixoloqu Kubra Nağıyeva IX və X sinif şagirdləri ilə Azərbaycan Respublikasının Kontitusiyasından, onun əhəmiyyətindən danışdı, şagirdlərlə "Suverenlik: azad və müstəqil dövlətin təməli", "Hüquqlarımız və vəzifələrimiz: balansı necə qoruyaq" mövzularında müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi