Müəllimlər ilə fərdi - psixoloji söhbətlər

Müəllim-şagird münasibətləri təhsilin keyfiyyətini formalaşdıran əsas amillərdən biridir. Yaxşı qurulmuş münasibət şagirdlərin motivasiyasını artırır, onlarda öyrənməyə maraq yaradır və akademik nailiyyətlərinə müsbət təsir edir.
Müəllim-şagird münasibətlərinin psixoloji təməllərini başa düşmək müəllimlərə dərsləri daha effektiv keçməyə və şagirdlərin akademik inkişafını artırmağa kömək edir.Bu yolda məktəbin psixoloqu Kübra Nağıyeva müəllimlər ilə, xüsusən də pedaqoji fəaliyyətinə yeni başlamış müəllimlərlə, bu sahədə rastlaşdıqları çətinliklərə bağlı olaraq fərdi söhbətlər apardı və müvafiq istiqamətlər verdi.