"Ailəm və məktəbim" layihəsinə start verildi

15 May 2025-ci il tarixində "Ailəm və məktəbim" layihəsi çərçivəsində valideyn və şagirdlərin birgə fəaliyyətlərə cəlb olunması məqsədilə kitabxana müdiri Mirzəhra Bayramova məktəbin kitabxanasında dəyirmi masa formatında birgə kitab müzakirəsi keçirdi. Çıxış edən Mirzəhra Bayramova layihə barədə, eləcə də bu səpgili müzakirələrin keçirilməsinin məktəb-valideyn-şagird əməkdaşlığının güclənməsinə xidmətindən və şagirdlərin hərtərəfli inkişafı üçün əhəmiyyətindən, məktəbin kitabxana fondundan, şagirdlərin mütaliəyə olan marağından danışdı. Daha sonra müzakirələrə qoşulan valideynlər və şagirdlər özlərinin mütaliə vərdişləri, çox sayda yerli və əcnəbi müəllifin əsərləri ətrafında fikir mübadiləsi aparıblar.