"Musiqimiz xalqımızın milli dəyəridir" mövzusunda sinif saatının təşkili

15.05.2025-ci il tarixdə IX sinifdə sinif rəhbəri Vəsxanım Əmirbəyovanın təşəbbüsü ilə “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində "Musiqimiz xalqımızın milli dəyəridir" adlı sinif təşkilat saatı keçirildi.Tədbiri giriş sözü ilə açan Vəsxanım müəllim əsrlər boyu yaşayan mənəvi dəyərlərimizdən,xalqımızın zəngin mənəvi dəyərlərə malik olmasından, milli musiqimizdən söz açdı.IX sinif şagirdi Hüseynli Zəhra “Dəyərlərimizi milli musiqimizdə” adlı hazırladığı təqdimatla çıxış etdi.Təqdimatda Dinimizin,dilimizin,musiqi rəqslərimizin mənəviyyatımıza olan müsbət təsiri öz əksini tapmışdır.Sonra isə şagirdlər arasında ədəbi-bədii viktorina keçirildi.Bu viktorinada şagirdlər xalq mahnılarımızdan,milli kinolarımızdan fraqmentlər dinləyərək,onlarla bağlı suallara cavab verdilər.