Şagirdlər "Ölkəmizi tanıyaq"devizi altında keçirilən tur-aksiyada iştirak etdilər

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Pirallahı rayon  məktəblilərinin Qərb bölgəsinə (Gəncə, Şəmkirvə Göygöl) olan 4 günlük səfəri 21 noyabr 2019-cu il tarixində uğurla başa çatmışdır.
Bu tur-aksiya çərçivəsində Pirallahı  rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri  Gəncə, Şəmkir və Göygölün tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcədə son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar.
            Qeyd edək ki, bu tur aksiyada 231 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsxanım Əsədova və 3 nəfər şagirddə iştirak edirdi.

Tur-aksiyanı başa vuran məktəblilər qeyd etdilər ki, "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Azərbaycanın Qədim Nizami yurduna səfər etdilər. Şəmkir və Göygöl rayonlarının səfalı guşələri, tarixi yerləri ilə tanış oldular. Ölkəmizi daha yaxından tanımaq üçün onlara göstərilən diqqətə və qayğıya görə  Azərbaycan Respublikasının Prezidentinə öz minnətdarlıqlarını bildirdilər. Əliyevin uzaqgörən siyasəti nəticəsində doğma Qarabağımız işğaldan azad ediləcək və "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Pirallahı məktəbliləri Azərbaycanın cənnət guşəsi ilə yaxından tanış olacaq və üç rəngli bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi