Təbiət və coğrafiya fənn aylığına start verildi

Canlı və cansız təbiət arasında daimi maddələr mübadiləsi gedir.Qan insan orqanizmini lazımi komponentlərlə təmin edir. Qida maddələri həzm olaraq tərkibindəki faydalı üzvi və qeyri-üzvi birləşmələr canlıların böyüməsi və inkişafını təmin edir. Bütün bu prossesləri təmin edən sudur və suyun həlledicilik qabiliyyətidir. Buna görə su həyatdır desək yanılmarıq. Məktəbin biologiya müəllimi Xaqani Alməmmədov və coğrafiya fənn müəllimi Nəzrin Əmirova aylıq çərçivəsində açıq dərslər keçirdilər. Xaqani Alməmmədov VI sinif şagirdləri ilə "Maddələrin suda həll olunması" mövzusunda açıq dərs keçirdi. Şagirdlər suda həll olan maddələr üzərində təcrübə apardılar.
Nəzrin Əmirova 8 - ci sinif şagirdləri ilə "Daimi və mövsümü küləklər" mövzusunda nümunəvi açıq dərs keçdi.Dərsdə şagirdlərə küləklərin daimi mövsumi və gündəlik küləklər olması haqqında ətraflı məlumat verildi.
11-ci sinif şagirdləri ilə bütün dünyanı əhatə edən problemlərdən biri olan işsizlik mövzusunda dərs keçirildi.