Birinci sinif şagirdlərinin məktəbə adaptasiyası
Uşağın məktəbdə psixoloji adaptasiyasının önəmli amillərindən biri onun sosial ətrafıdır:müəllim ,sinif, ailə. Uşağın məktəbə müvəffəqiyyətli adaptasiyası onun sinif yoldaşları arasında möhkəm bağının olmasından da asılıdır. Şagirdlər arasında qarşılıqlı ünsiyyəti möhkəmləndirmək, həmçinin onların aqressiya və qorxularını aradan qaldırmaq oyunlar vasitəsi ilə mümkündür.
Məktəbin psixoloqu Kübra Nağıyeva, UBTR Günel Cəbrayılova və loqoped Nərmin Ənsari tərəfindən inklüziv təhsil sisteminə cəlb olunan 1-ci sinif şagirdləri ilə, ilk öncə davranış qaydaları haqqında diskussiya aparıldı və onlara müvafiq tövsiyyələr verildi, daha sonra isə inkişafetdirici oyunlar keçirildi. Məqsəd, qayrayışın, diqqətin inkişafı, başqalarının hiss və əhvalını müəyyən etmək bacarığı, aqressiya və qorxunun aradan qaldırılması idi. Oyunlar zamanı inklüziv təhsilə cəlb edilmiş, xüsusi qayğıya ehtiyacı olan şagirdlər də, yüksək aktivlik nümayiş etdirdilər.