Şagird şurası ilə toplantı
Məktəbdə sağlam psixoloji mühitin inkişafı üçün mühüm işlər görülməkdədir. Belə addımlardan biri kimi məktəbdə Şagird Şurası üçün ayrılmış guşədə şagirdlər ilə ilin ilk toplantısı keçirildi. Bullinqlə Mübarizə Şurasının (BMŞ) üzvləri psixoloq Kübra Nağıyeva və UBTR Günel Cəbrayılova şagird şurasının üzvləri ilə gündəlikdə duran məsələlər və görüləcək işlər haqqında müzakirələr apardılar,qarşılıqlı fikir mübadiləsi apardılar və maraqlı təkliflər səsləndirildi.