"Bacarıqlı əllər" texnologiya dərnəyi
Məktəbimizdə Şövkət Hilalbəyovanın rəhbərlik etdiyi “Bacarıqlı əllər” texnologiya dərnəyi fəaliyyət göstərir. Dərnək V-VII sinif şagirdləri üçün təşkil edilib. Uşаqlar həmin dərnəkdə texnologiya fənnindən öyrəndikləri bilik, bacarıq və vərdişləri daha da möhkəmləndirirlər. Hər bir şagird özünün nəyə qadir olduğunu nümayiş etdirir. Dərnəyin üzvləri tətbiqi incəsənətin müxtəlif sahələrinə aid əl işləri hazırlayıb, nümayiş etdirirlər. Bu dərnək şagirdlərdə estetik hissi tərbiyə edərək, diqqəti, fantaziyanı, yaddaşı və s. inkişaf etdirir.
Dərnək rəhbəri Şövkət Hilalbəyova ”Bacarıqlı əllər” dərnəyində uşaqların mil ilə toxuma meylinin daha da artmasi və qabiliyyətlərinin təkmilləşdirilməsi üçün çalışır. Dərnək üzvləri bir-birindən gözəl,maraqlı toxuma əl işləri ilə seçilirlər.