Böyük sənətkarımız Leyla Bədirbəylinin 105-ci ildönümünə həsr edilmiş "Qafqaz Gözəli" adlı tədbir

   Fəaliyyət planına uyğun olaraq  elm və incəsənət xadimlərinin,ziyalılarının xatirəsinə həsr olunmuş tədbirlərin,gecələrin keçirilməsini təmin etmək məqsədi ilə UBTR Günel Cəbrayılovanın təşəbbüsü ilə "Qafqaz Gözəli" adlı tədbir keçirildi. Tədbir incəsənət xadimi, xalq artisti Leyla Bədirbəylinin 105 illik yubileyinə həsr edilmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Lamiyə İlhamsoy 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradan Leyla Bədirbəylinin həyatı və yadda qalan obrazları haqqında şagirdlərə məlumat verdi. Leyla xanım milli teatrımızın səhnəsində yaratdığı Gülçöhrə, Sara , Almaz , Solmaz , Şəlalə ,Bilqeys və s. kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb. Yaratdığı Gülçöhrə obrazı aktrisanın ən böyük müvəffəqiyyəti olmuşdur . Leyla xanıma bu rola görə SSRİ Dövlət Mükafatı verilməsini qeyd etmişdir. Daha sonra şagirdlərin ifasinda Leyla Bədirbəyliyə həsr edilmiş mahnılar səsləndirildi, "Arşın mal alan" filmindən səhnələr göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi