Konstitusiya Günü və Milli Dirçəliş gününə həsr olunmuş tədbir
12 noyabr 2019-cu il tarixində məktəbin kitabxanasında 12 noyabr-Konstitusiya Günü və 17 noyabr-Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirildi. Çıxış edən tarix müəllimi Vüsalə Alyarova Konstitusiya Günü və Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin uğurlu və əvəzolunmaz xidmətlərindən danışdı. Konstitusiyanın ölkəmizin müstəqillik və dövlətçilik tarixində yeni səhifə açdığını qeyd etdi.
Tədbirdə şagirdlərin sualları cavablandırldı