Dövlət Bayrağı Günü qeyd edildi.

            Tarixin özü qədər qədim olan bir ölkənin, millətin müasir tarixinin ən önəmli hadisəsinə - müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız hər zaman möhtəşəm, şərəflə dalğalanır.

            8 noyabr 2019-cu il tarixdə Dövlət Bayraq Günü münasibətilə tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə məktəbin direktor əvəzi Seymur Yusibov başda olmaqla məktəb kollektividə iştirak etmişdir.
            Tədbiri öz çıxışı ilə açan məktəbin tarix müəllimi Vüsalə Alyarova Azərbaycan tarixində mühüm rol oynayan Bayraq Günü haqqında məlumat vermişdir. O, çıxışında
ulu öndərimiz Heydər Əliyevin bayrağımıza verdiyi dəyərdən və bu gün ölkə başçısı İlham Əliyev tərəfindən bayrağımızın nə qədər müqəddəs tutulduğundan danışdı.

            Tədbir məktəblilərin hazırladıqları kompozisiyalar, vətənpərvərlik və bayrağa həsr edilmiş şeirlər, rəqs nömrələri, səhnəcik və mahnılarla davam etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi