Qeyri-infeksion, QİÇS, Talassemiya, Şəkərli diabet xəstəliklərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirildi
5 noyabr 2019-cu il tarixdə qeyri-infeksion xəstəliklər,QİÇS, Talassemiya, Şəkərli diabet xəstəliklərilə mübarizə haqqında təşkil edilmiş maarifləndirici tədbirdə qonaq qismində dəvət olunmuş Pirallahı rayon 10 saylı BŞX-nın həkimi Günay Babayevaqeyd olunan xəstəliklər barədə geniş məlumat verdi. Daha sonra çıxış edən məktəbin biologiya müəllimi Xəqani Alməmmədov şagirdlərə hətta spirtli içkilərin, tütünün sağlamlığa mənfi təsirindən geniş söhbət açdı.