Uşaqlar cəmiyyətimizin sabahıdır

            Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət bu gün ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

            29 oktyabr 2019-cu il tarixində tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova, ibtidai sinif müəllimi Xəyalə Hacıyeva və IV sinif şagirdlərinin  iştirakı ilə uşaq hüquqları konvensiyası üzrə maarifləndirici dəyirmi masa keçirildi. Mövzu ətrafında danışan məktəbin müəllimləri şagirdlərin diqqətinə çatdırdılar ki,  dövlətimiz tərəfindən daim uşaqlara diqqət və qayğı göstərilir. O da qeyd olundu ki, hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə təkcə qanunların deyil, hamımızın borcudur.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi