Biz müstəqil ölkənin müstəqil vətəndaşlarıyıq

            28 oktyabr 2019-cu il tarixdə “Biz müstəqil ölkənin müstəqil vətəndaşlarıyıq” adlı rəsm müsabiqəsi keçirildi. Şagirdlər mövzu ilə bağlı çəkdikləri rəsmləri nümayiş etdirdilər. Sonra hazırladıqları sualları bir-birlərinə ünvanlayıb cavablandırdılar. Sual-cavablardan məlum oldu ki, şagirdlərimiz öz hüquqlarını dərindən öyrənməyə çalışır və bunun əhəmiyyətini dərk edirlər. Rəsm müsabiqəsində tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova, rəsm müəllimi Şəfiqə Məmmədova və kitabxanaçı Mirzəhra Bayramova Azərbaycan Respublikasının Hüquqi dövlət olmasından, hər bir uşağın təhsil almaq hüququnun əhəmiyyətindən bəhs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi