Diaqnostik qiymətləndirmə keçirildi

        Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili(rus dili), riyaziyyat, və xarici dil(əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə 19 oktyabr 2019-cu il tarixdə IX sinifdə Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənləri üzrə diaqnostik imtahan təşkil edilmişdir. İmtahan saat 10:00 başlamışdır. Belə ki, ilk 30 dəqiqədə hazırlıq işləri aparılmış və 180 dəqiqə ərzində suallar cavablandırılmışdır. Diaqnostik imtahanın keçirmə tələblərini yerinə yetirmək üçün məktəbdaxili komissiya təşkil edilmiş və bu komissiya imtahan nəzarətçilərini təyin etmişdir.”Sinif protokolu” sənədi imtahan  günü  sinif nəzarətçisinə çap edilərək 1 ədəd verilmişdir. İmtahan bitdikdən sonra cavab kartları sayılaraq protokoldakı məlumatla tutuşdurulmuş, düz olduğu təyin edilmiş və protokol qatlanaraq arasınacavab kartları qoyulmuşdur. Protokol və cavab kartları təyin olunmuş məsul şəxs tərəfindən kurator məktəbə təhvil verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi