Azərbaycanın müstəqilliyi əbədidir
18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.
18 oktyabr 2019-cu il tarixində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə məktəbin akt zalında “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilmişdir. Bu gün məktəblərin qarşısında duran əsas vəzifələrdən biri də məktəbliləri milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir. Himn sədaları altında başlanan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Cavad Vəlizadə, məktəbin pedaqoji kollektivi, şagirdləri ştirak ediblər.
Direktor əvəzi Seymur Yusibov hər kəsi bu gün münasibətilə təbrik edərək Azərbaycanın inkişaf strategiyasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu yolun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Daha sonra şagirdlər söylədikləri şeirlərlə, ifa etdikləri mahnılarla və “QarabağAzərbaycandır!” sözünü nümayiş etdirən tablolarla Vətənə olan sevgilərini birdaha sübut etdilər.