5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar dəyirmi masa keçirildi

                Müəllimə nahaq yerə ziyalı demirlər. Müəllim öz nuru ilə təkcə şagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçmalıdır. Müəllim qəlbən, mənən pak olmalı, bütün şagirdlərinə bir gözlə baxmalı, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük ürəyə malik olmalıdır. Bu gün müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bu günün müəllimi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir. Hər şeydən əvvəl hər bir müəllim özü bu keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, yüksək mədəniyyəti, ən əsası, dərin biliyi, savadı ilə şagirdlərinə nümunə olmalıdır.

            “5 oktyabr Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar 4 oktyabr 2019-cu il tarixdə məktəbdə şagirdlər arasında sorğu keçirildi. Sorğu nəticəsində müəllim olmaq arzusunda olan şagirdlərlə məktəbin kitabxanasında “Mən müəllim olmaq istəyirəm” adlı dəyirmi masa keçirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova şagirdlərlə mövzu ətrafında diskussiya apardı.

           

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi