2 oktyabr Xocavənd rayonunun işğalı günüdür

            2 oktyabr Xocavəndin erməni işğalçıları tərəfindən işğal edildiyi gündür.  Azərbaycan Dədə-baba torpağımız olan Xocavənd illərdir ermənilər tərəfindən talan edilir. Bu tarixi hadisə bizim qan yaddaşımızdır.

            Mövzu ilə əlaqədar olaraq 03 oktyabr 2019-cu il tarixində Xocavəndin işğalı gününə həsr olunmuş dəyirmi masa təşkil edilib. Tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova və hərbi müəllimi Fazil Ağayev şagirdlərə Xocavəndin tarixi haqqında geniş məlumat verərək erməni vəhşiliklərinigələcək nəsillərə ötürmək hər bir azərbaycanlının borcu olduğunu vurğuladılar. Məktəbin hərbi müəllimi Fazil Ağayev çıxışında qeyd etdi ki, bu gün Azərbaycan ordusu ali baş komandan, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə düşmənin istənilən hədəfini məhv etməyə vəişğal altında olan torpaqlarımızı erməni tapdağından azad etməyə qadirdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi