Məktəb-valideyn əməkdaşlığı

                Bu gün məktəb qarşısında duran ən önəmli vəzifə milli ruhlu vətəndaş, şəxsiyyət yetişdirməkdir. Şagird şəxsiyyətinin formalaşması məsələsində məktəblə valideyn əlaqəsi məktəblər və onun ən aparıcı qüvvəsi olan müəllimlərdən böyük məsuliyyət tələb edir. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı vətənsevər yüksək mənliyə, ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər o zaman tam formalaşır ki müəllim-valideyn, məktəb- valideyn münasibətlərinin vəhdəti ön planda olsun.

            Bu məqsədlə 30 sentyabr 2019-cu il tarixində məktəbdə valideyn iclası keçirildi. Məktəbin akt zalında təşkil olunan toplantıda ilk öncə çıxış edən məktəbin direktor əvəzi Seymur Yusibov müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edərək valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışaraq müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasının mühüm rol oynadığını qeyd edib. Müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında onlara  tövsiyələr verib.

            Tədbirin sonunda məktəb mühiti, görülən təmir və abadlıq işləri barədə hazırlanmış poto slayd nümayiş olundu və valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi