“Erkən nigaha son deyək”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığı” ilə əlaqədar maarifləndirici tədbir keçirildi.

    Azərbaycan Respublikası Prezidentinin 22 iyul-2019-cu il tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət Proqramı” üzrə Tədbirlər Planının aidiyyəti bəndinin həyata keçirilməsi ilə əlaqəar Azərbaycan Respublikası Təhsil nazirinin 28.08.2019-cu il tarixli, F-516 nömrəli əmrini və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndinə əsasən25 sentyabr 2019-cu il tarixdə 231 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Pirallahı Rayon polis şöbəsi ilə birgə  "Narkomaniya ümumbəşəri bəladır", “Erkən nigaha son deyək”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığı” ilə əlaqədar maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Elman Kazımov, direktor əvəzi Seymur Yusibov iştirak etdilər.

    Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Seymur Yusibov qeyd etdi ki, Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır. Daha sonra çıxış edən Pirallahı Rayon Polis Şöbəsininrəis müavini polis polkovnik-leytenantı Elman Kazımov gənclərə narkomaniya və onun fəsadları barədə danışdı.

Eyni zamanda o vurğuladı ki, Erkən yaşda nikaha daxilolma sosial problem kimi aktual mövzulardan biridir.Erkən nikah uşaqların təhsil hüququnun pozulması baxımından, erkən yaşda nikaha daxil olan qız tərəfindən dünyaya gələn uşağın sağlamlığında, onun düzgün tərbiyə edilməsində ciddi problemlər yaratdığından, həmçinin rəsmi nikah olmadığından  sonradan hüquqi problemlərin meydana gəlməsinə şərait yaratdığına görə çox ciddi sosial problem hesab edilir. 

            Tədbirin sonunda dünyada tüğyan edən narkomaniya adlı bəlanın bütün dəhşətlərini özündə əks etdirən video çarx nümayiş olundu və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi