Sülh günü

    21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Bu münasibətlə 20 sentyabr 2019-cu il tarixdə ibtidai siniflərdə Sülh gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə müəllimlər şagirdlərin diqqətinə çatdırdılar ki, “Sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin səyi nəticəsində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu olaraq seçmiş, beynəlxalq dövlətlər birliyinin tam hüquqlu üzvünə çevrilmişdir”. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi