Bilik günü

           231 nömrəli tam orta məktəbdə “Bilik günü”  qeyd olundu. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Arzu Abdullayev, müəllimlər, valideynlər də iştirak etdilər.

            Tədbirdə ilk öncə çıxış edən məktəbin direktoru Seymur Yusibov bildirdi ki, Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almışdır. 1999-cu ildən həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələri artıq göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır". Azərbaycan Republikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin hərtərəfli tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmadan fəaliyyət göstərir.

            Məktəbin direktoru çıxışında xüsusilə vurğuladı ki, cənab nazir Ceyhun Bayramovun əmriləyeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq”, V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

            Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Arzu Abdullayev rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin imzaladığı "ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi. Bu gün Ümummilli Liderin təhsillə bağlı siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həm ulu öndər Heydər Əliyev, həm də möhtərəm Prezident İlham Əliyev tərəfindən imzalanmış təhsil sisteminin təkmilləşdirilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında fərmanlar və sərəncamlar təhsilimizi dünya standartları səviyyəsinə qaldırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi