Bu gün “Son zəng” çalınır

            14 iyun 2019-cu il tarixində “Son zəng” tədbiri keçirildi. Məktəb rəhbərliyi başda Seymur Yusibov olmaqla müəllim və şagird kollektivi, o cümlədən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri Samir Hüseynov, Təhsil İşçiləri Azad Həmkərlar İttifaqının Pirallahı Rayon bölməsinin sədri Arzu Cahangirova, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

            Tədbiri məktəbin direktor əvəzi Seymur Yusibov giriş sözü ilə açaraq məzunları təbrik etdi və təhsil ocağının uğurlarından geniş məlumat verdi. Məktəbin məzunlarını ürəkdən salamlayaraq onlara qarşıdakı çətin sınaqlarda müvəffəqiyyətlər arzuladı.

            Çıxış edən qonaqlar məzunlara gələcək həyatlarında uğurlar arzu edərək, dövlətimizə layiqli vətəndaşlar olmağı tövsiyyə etdilər. Bildirdilər ki, müstəqil həyata qədəm qoyan hər bir məzun vətəninə layiqli vətəndaş olmağı qarşısına məqsəd qoymalı öz gələcəyini xoşbəxt qurmalıdır. Birincilərə isə təhsil alacaqları dövrdə əlaçı, nizam-intizamlı, ən nümunəvi şagirlər olmağı arzu etdilər 

            Sonra söz nəğməyə verildi. Gül-çiçək yağışına bələnmiş məktəbin geniş həyətində şənlik xeyli davam etdi.

            Tədbir I sinif şagirdlərinin məzunlar üçün çaldığı son zənglə tamamlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi