“A-dan Z-yə” adlı əlifba şənliyi keçirilib

        11 iyun 2019-cu il tarixində  ibtidai sinif müəllimi Aygün Məmmədova birinci sinif şagirdləri ilə “A dan Z yə” adlı əlifba şənliyi keçirib. Uzun müddətdir hazırlıq görülən tədbir valideynlərin və balacaların ürəyincə olub. Bütün birinci siniflər o cümlədən valideyn və müəllim heyəti Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər. Daha sonra şagirdlər “Vals” sədaları altında ana dilə, azadlıq, müstəqilliyə həsr olunmuş ana vətənə, yurda sevgidən bəhs edən şeirlər söyləyiblər. Uşaqlar tədbirin gedişatında yallı elementlərindən istifadə olunmuş rəqs ifa ediblər. Əlifba bayramı üçün birincilər hazırladıqları səhnələri “Cırtdan və uşaqlar”, “Turpun nağılı” oynayaraq tədbiri daha da rəngarəng etdilər .

            Əlamətdar günün yekununda məktəb rəhbərliyi, başda Seymur Yusibov olmaqla şənliklə bağlı təəssüratlarını və bütün şagirdlərə arzu və təbriklərini çatdırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi