“Hüquqlarımızı bilək və erkən nigaha yox deyək” mövzusunda tədbir keçirildi

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə  hər il iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur.

            Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə hər il olduğu kimi, bu il də mayın 18-dən iyunun 18-dəkrespublikamızda “İnsan Hüquqları Aylığı” elan olunmuşdur.

            Hüquqların pozulması və erkən yaşda nikaha daxilolma sosial problem kimi aktual mövzulardan biridir. Mövzu ilə əlaqədar olaraq 30 may 2019-cu il tarixində direktor əvəzi Seymur Yusibov və Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik leytenantı Fəxrəddin Babayevin təşəbbüsü ilə məktəbdə maarifləndirici tədbir keçirildi.

            Erkən nikahların baş verməsində məsuliyyət kimin üzərinə düşür?, Erkən nikah problemini aradan qaldırmaq üçün hansı tədbirləri görmək lazımdır?. Hüquqlarımızı necə qoruya bilərik? kimi sualları cavablandırdılar.  

            Natiqlər qeyd etdi ki, ölkədə ciddi şəkildə qanunun aliliyini və işləkliyini təmin etməklə, vətəndaş məsuliyyətini və maarifçilik tədbirlərini artırmaqla bu problemi həll etmək yaxud problemin miqyasını əhəmiyyətli dərəcədə kiçiltmək mümkündür.

            Keçirilən müzakirədə şagirdlərə erkən nikah haqqında ümumi məlumat və törətdiyi fəsadlar, bu tipli nikahların tez pozulması, xəstə uşaqların dünyaya gəlmə ehtimalının yüksək olması, məişət zorakılığı və digər fiziki-psixoloji cətinliklər barədə məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi