“Valideynin məktəbdə bir günü” layihəsi keçirildi

          “Valideynin məktəbdə bir günü” layihəsinın həyata keçirilməsi ilə əlaqədar 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmr imzalamışdır. Əmrdə 2018-2019-cu tədris ili ərzində iki dəfə  olmaqla 11-12 fevral və 20-31 may tarixləri ərzində valideynlərlə görüşlərin keçirilməsi qeyd olunmuşdur.  

            Layihənin ikinci mərhələsinin icrasını təmin etmək məqsədilə 30 may 2019-cu il tarixində məktəbdə görüşlər keçirildi. İlk öncə çıxış edən direktor əvəzi Seymur Yusibov layihənin əhəmiyyəti barədə danışıb. Bildirib ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin edir. Həmçinin müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır. Müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edən direktor müavini valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışıb.

Psixoloq Kubra Əliyeva valideynlərə təşəbbüskar və daha fəal olmağı, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında onlara  tövsiyələr verdi.

Sonra valideynlər sinifləri gəzərək məktəb mühiti ilə tanış olublar. Onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi