3 – cü (sonuncu) sınaq qiymətləndirmə keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan “Məktəb seminarları”nda ümumtəhsil məktəblərində təhsil alan və zəif təlim göstəricisi olan şagirdlərin müəyyən olunması, onlara məqsədyönlü işin təşkili tövsiyə olunmuşdur.
Keçirilən dərslərin səmərəliliyini və şagirdlərin öyrənmə prosesini qiymətləndirmək məqsədilə 30 may 2019-cu il tarixində xüsusi proqrama uyğun olaraq hazırlanmış 3 – cü (sonuncu) sınaq qiymətləndirmə təşkil edilmişdir. Sınaq qiymətləndirmə sualları 2 variantda (A və B) təqdim olunub. Hər bir sual kitabçası 90 sualdan ibarət olub. İlk 30 sual tədris dili, növbəti 30 sual riyaziyyat, 30 sual isə ingilis dili fənninə aid idi. Hər üç fənn üzrə imtahana 150 dəqiqə vaxt ayrılıb.