“Dövlət rəmzləri-müstəqilliyimizin simvolu” mövzusunda ingili dili fənnindən açıq dərs keçirildi

            Hər bir xalqın ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. 29 may 2019-cu il tarixində İngilis dili müəllimi Ayşən Rzayeva VI sinifdə  "Dövlət rəmzləri – müstəqilliyimizin simvolu" mövzusunda açıq dərs verdi. Bundan başqa dərsdə Ümummilli Liderimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin də yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutduğu  qeyd edildi. Müəllim öz məqsədinə müvəffəqiyyətlə nail oldu, şagirdlərin anaya, Vətənə olan sevgilərini daha da möhkəmlətməyə, ölkənin ərazi bütövlüyünü hamılıqla qorumağa çağırdı. Müəllim qeyd etdi ki, dövlət rəmzlərini qorumaq, onları sevmək hər bir Azərbaycan vətəndaşının borcudur. Müstəqilliyimizin göstəricisi olan bu rəmzlər uğrunda minlərlə soydaşımız canını qurban vermiş, şəhid olmuşdur. Ona görə də qürur mənbəyimiz olan dövlət rəmzlərini həmişə uca tutmalıyıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi