Məktəbdə əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, o cümlədən xüsusi hallarla bağlı direktoryanı müşavirə keçirildi
23 may 2019-cu il tarixində məktəbdə əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, bu sahədə fəaliyyətin səmərəliliyin artırılması üçün sistemli işin aparılması məqsədilə direktoryanı müşavirə keçirildi. Məktəbin direktor əvəzi Seymur Yusibov müşavirə iştirakçılarını salamlayaraq, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdrinin müvafiq əmrindən, habelə təhsil idarəsindən daxil olmuş tövsiyələrdə həlli vacib məsələlərdən danışdı. Müşavirədə vurğulandı ki, məktəbdə əlverişli təlim və inkişaf mühitinin yaradılması istiqamətində işlər daha da gücləndirilməlidir. Eyni zamanda şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, məktəbdə sağlam psixoloji mühitin rolunun daha da inkişaf etdirilməsi vacib amillər kimi qeyd olundu.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı.