“28 may Respublika Günü”nə həsr olunmuş basketbol yarışı keçirildi
Şagirdlərimizin sağlamlığı, o cümlədən bayramlarımızın qeyd olunması və gənc nəslin təlim-tərbiyəsinin inkişafı ölkə başçımız tərəfindən daim diqqət mərkəzində saxlanılır. Aparılan bu siyasətin tərkib hissəsi olaraq 23 may 2019-cu il tarixində "28 may Respublika Günü" münasibətilə bədən tərbiyə müəllimi Cəfər İmanovun təşəbbüsü ilə məktəbin idman zalında basketbol yarışı keçirildi. Keçirilən bu yarış gərgin mübarizə şəraitində olsada çox maraqlı oldu.