“İnsan hüquqları aylığı” ilə əlaqədar anket sorğusu keçirildi
Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin sərəncamın imzalanmasından artıq 12 il keçir. Ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Buna görə də insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində məktəbdə ardıcıl tədbirlər həyata keçirilir. 21 may 2019-cu il tarixində mövzu ilə əlaqədar məktəbin direktorunun tapşırığına uyğun olaraq tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova və informatika müəllimi Samirə İsgəndərovanın təşəbbüsü ilə VI sinif şagirdləri arasında “İnsan hüquqları aylığı” ilə əlaqədar anket sorğusu keçirildi.