Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü qeyd olunmuşdur
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü məktəbimizdə böyük ruh yüksəkliyi ilə qeyd olunmuşdur. Müstəqil və suveren dövlətin simvolu, siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi xalqımızın yaddaşında əbədi yaşayan Heydər Əliyevin uca şəxsiyyəti və həyat yolu onun davamçıları, ölkəmizin indiki və gələcək nəsilləri üçün ən dəyərli örnəkdir. Bu münasibətlə 10 may 2019-cu il tarixində məktəbin akt zalında möhtəşəm tədbir keçirildi. Tədbir şagirdlər tərəfindən nümayiş olunan müxtəlif kompozisiyalar və musiqili proqramları ilə başa çatdı.