Şüşanın işğalının 27-ci il dönümü ilə əlaqədar olaraq tədbir keçirildi
8 may 2019-cu il tarixində məktəbin kitabxanasında Şuşanın işğalı ilə bağlı tədbir keçirilib. Tədbirdə direktor əvəzi Seymur Yusibov, tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova, Hərbi rəhbər Fazil Ağayev işğalla bağlı geniş məlumat verərək bildirdilər ki, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikanın köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhəri işğal olunduğunu bildirdilər. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Biz də inanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək. İstəyirik ki, biz də qalib əsgərlərin sırasında olaq. Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hər an hazırıq!
Sonda şagirdimizin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etdi.