Oxu və yazı vərdişlərinin yoxlanması
Dilin saflığını qoruyub gələcək nəsillərə çatdırmaq bu dildə danışanların mühüm və əsas vəzifələrindən olmalıdır. Şifahi və yazılı nitqin inkişaf etdirilməsində ümumtəhsil məktəblərində tədris olunan bütün fənlər müəyyən əhəmiyyət kəsb etsə də, Azərbaycan dili və ədəbiyyat fənləri aparıcı, hərəkətverici qüvvəyə malikdir. Bu baxımdan şagirdlərə savadlı yazı yazmaq vərdişlərinin aşılanmasında müxtəlif öyrədici və yoxlama yazı işlərinin düzgün təşkili müstəsna rol oynayır.
V-X sinif şagirdlərin oxu və yazı vərdişləri Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən mütəmadi olaraq yoxlanılır.