“Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın təşkili və keçirilməsi barədə
Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.
04 may 2019-cu il tarixində V-VI sinif şagirdləri arasında “Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası” keçirilib. “Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın ilk turu 04 may 2019-cu il tarixində məktəb rəhbərliyinin nəzarəti altında təşkil olunub. Bütün təşkilati məsələlərə məktəb direktor əvəzi Seymur Yusibov şəxsən nəzarət etmişdir.