“Təmiz əllər gigiyenası” başlığı altında tədbir keçirilmişdir

        Əllərin gigiyenası-insanları hər addımda izləyən  bir çox xəstəliklərin yayılmasını məhdudlaşdıran əsas tədbirlərdəndir.

            3 may 2019-cu il tarixində məktəbin akt zalında yaz mövsümü ilə əlaqədar olaraq Pirallahı Gigiyena və Epidemiologiya Mərkəzinın işçilərinin təşəbbüsü ilə  “Təmiz əllər gigiyenası” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildirdilər ki, yuyulmamış əllər vəba, virus pnevmoniyası, hepatit, qrip, difteriya, konyuktivit, qaşınma və müxtəlif göbələk xəstəliklərinə yoluxma riskini dəfələrlə artırıldığını qeyd etdilər. Bu cür xəstəliklərin qarşısını almaq üçün axşam yatmazdan əvvəl, səhər yuxudan oyananda, qida qəbulundan öncə və hər dəfə çirklənəndə mütləq əlləri yumaq lazımdır.

            Məktəbdə sanitar-gigiyena norma və qaydalara dezinfeksiya rejiminə ciddi riayət edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi