Texnologiya dərsində çayın hazırlama və dəmləmə qaydası öyrədilib
Çay xalqımızın əsrlərdən bəri istifadə etdiyi, gündəlik tələbat duyduğu zəruri içki növü sayılır. Azərbaycanda elə bir ev olmaz ki, gün ərzində orada ən azı bir dəfə çay dəmlənməsin. Söylədiklərimiz sübut edir ki, Azərbaycanda özünəməxsus çay mədəniyyəti formalaşıb və odur ki, çay təkcə susuzluğu yatırma vasitəsi hesab edilmir.
29 aprel 2019-cu il tarixində texnologiya müəllimi Şövkət Hilalbəyova, tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova və V sinif şagirdlərinin təşəbbüsü ilə texnologiya dərsində çayın hazırlanma ardıcıllığı, dəmlənmə texnologiyası nümayiş olundu və tarixi haqqında şagirdlərə məlumat verildi.