“Mənəvi və fiziki sağlamlıq” mövzusunda dərs dinləməsi təşkil olundu
Şagirdlərin sağlamlığının qorunması üçün məktəbdə ardıcıl olaraq mühüm tədbirlər həyata keçirilir.
26 aprel 2019-cu il tarixində biologiya müəllimi Xaqani Alməmmədov “Mənəvi və fiziki sağlamlıq” mövzusunda dərs dinləməsi təşkil etdi. O, qeyd etdi ki, sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur.
Həmçinin vurğuladı ki, sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə düzgün qidalanmasındadır. Bu baxımdan hər bir insan sağlamlığa zərər yetirən amilləri və ondan qorunmaq üsullarını bilməlidir. Müəllim eyni zamanda vurğuladı ki, insan sağlamlığına mənfi təsir edən əsas amillərə infeksiyalar, düzgün qidalanmamaq, az hərəkət etmək və digər zərərli vərdişlər aiddir. Eyni zamanda həddindən artıq zehni və fiziki əməklə məşğul olmaq, istehsalat və məişət yükü, doyunca yatmamaq, yaxşı istirahət etməmək, stress kimi faktorlar insan sağlamlığının pozulmasına səbəb olan amillərdəndir. Buna görə də şagirdlər arasında müntəzəm olaraq bu tipli maarifləndirici söhbətlər aparmaq olduqca vacibdir.