Təhsil prosesində keyfiyyətə nail olmaq üçün müəllim-müəllim, müəllim-şagird, müəllim-valideyn münasibətləri və məktəbdaxili nizam-intizam qaydalarına dair direktoryanı müşavirə keçirildi

    Məktəb həyatını, bütövlükdə məktəbin müəyyən edilmiş hədəflərə yönələn fəaliyyətini təhsil prosesi iştirakçılarının qarşılıqlı əməkdaşlığını təmin etmədən təsəvvür etmək mümkün deyildir. Təhsil prosesində keyfiyyətə nail olmaq üçün “müəllim-valideyn”, “müəllim-şagird”, “müəllim-müəllim” əlaqələrinin düzgün tənzimlənməsi və ümumtəhsil müəssisəsində nizam-intizam qaydalarına riayət olunması mütləqdir.

            Məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü deyə bilərik. Nəzərə çatdıraq ki, əvvəllər bu sahəyə maraq bir o qədər olmasa da, son illər  təhsil ocaqlarında, psixoloji işin təşkilinə xüsusi diqqət yetirilir.

            Mövzu ilə əlaqədar olaraq 24 aprel 2019-cu il tarixində direktor əvəzi  Seymur Yusibov yuxarıda qeyd olunan məsələlərə toxunaraq bildirdi ki, məlum olduğu kimi, müasir məktəbin  psixoloji xidmətə  ehtiyacı böyükdür. Bu işdə psixoloq konkret  problemləri  həll etmək üçün ayrı-ayrı şagirdlərlə, sinif kollektivi ilə, müəllim və valideynlərlə  işləməli və baş verəcək hər hansı bir xoşagəlməz halın qarşısı dərhal alınmalıdır.

             Məktəbin psixoloqu çıxış edərək daha çox uşaqlarla psixoloji söhbətlər apardığını və vaxtaşırı psixoloji testlərin keçirdiyini nəzərə çatdırıb. Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərə və tərbiyəçilərə məsləhətlər verir. Eyni zamanda təlim, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı uşaqlarla psixoloji söhbətlər aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi